Rusiyada koronavirus vaksininin bu ilin payızında istehsal olunacağı gözlənilir.

Unikal.org xəbər verir ki, bunu ölkənin Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksandr Gintsburq deyib.

Hazırda Rusiyada vaksinin sınaqları keçirilir. İyunun 18-dən etibarən könüllülərin peyvəndləşməsi başlayıb.

Peyvənddən sonra könüllülərdə hər hansı bir əks təsir müşahidə olunmayıb.