Ermənistanda koronavirusa yoluxma hallarının sayı 20268-ə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat verib.

Məlumata görə, son bir gündə 560 yeni yoluxma halı aşkar edilib, 18 nəfər ölüb. Beləliklə, virusdan ölənlərin sayı 350-ə çatıb.