Danimarkada son bir həftədə iki mink fermasında və ev itində yeni növ koronavirus (COVID-19) aşkarlanıb. 

Unikal.org xəbər verir ki, Danimarka Ətraf Mühit və Qida Nazirliyinin verdiyi açıqlamaya görə, daha bir koronavirusa yoluxma halı ölkənin Şimali Jutland bölgəsindəki mink fermasında təyin olunub. 

Açıqlamaya görə, fermada olan 46 heyvandan 2-nin  koronavirus testi müsbət çıxıb.