Braziliyada koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı son sutkada 22 min artaraq 49976-ya çatıb. 

Unikal.org xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb. Yoluxanların sayı isə 36 min 666 nəfər artaraq 1 milyon 67 min 579-a yüksəlib.

46 milyon əhalisi olan ölkənin böyük şəhərlərindən olan Sao Paulo pandemiyadan ən çox əziyyət çəkən bölgədir. Belə ki, burada 215 min 793 yoluxma və 12 min 494 ölüm halı qeydə alınıb.