ABŞ-ın Minnesot ştatının Minneapolis şəhərində atışma olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin cənub-qərbində naməlum şəxs silahlı insident törədib. Nəticədə 1 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisənin təfərrüatları açıqlanmır.