Türkiyənin Manisa əyalətindən olan ailə Kütahyada yaşayan digər ailəyə elçiliyə gedib. Mərasimdən sonra 9 nəfər yeni növ koronavirusa yoluxub.

Unikal.org  xəbər verir ki, bu barədə Kütahyanın Tavşanlı bələdiyyəsi məlumat yayıb.

Məmur bildirib ki, Tavşanlının Tepecik qəsəbəsində elçilik mərasimindən sonra hər iki ailənin bir neçə üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Rayon Səhiyyə Müdirliyinin apardığı “filyasyon” (COVID-19 aşkarlanan insanla ünsiyyətdə olan  şəxslərdə müayinə aparılması) əməliyyatı nəticəsində 6 yaşayış binasında yaşayan və qohumluq əlaqələri olan 9 nəfərdə koronavirus müəyyən edilib.

Binalar karantinə alınıb. Vəfa Dəstək Qrupu və rayon Jandarma qurumu binanı nəzarətə götürüb.