İtaliyada son sutka ərzində 224 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 238 499 nəfərdir. Son sutkada pandemiya qurbanlarının sayı 24 nəfər artaraq 34 634-ə çatıb.