İsraildə koronavirus infeksiyasına yoluxanların sayı sutka ərzində 101 nəfər artıb və 20 734-ə çatıb. Daha bir nəfər COVID-19 diaqnozu ilə dünyasını dəyişib. İndiyədək ümumilikdə 306 nəfər infeksiyanın qurbanına çevrilib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir, hazırda ölkədə 4743 koronaviruslu xəstə var, onlardan 40 nəfəri ağır vəziyyətdədir, 28-i isə süni tənəffüs aparatına qoşulub. Bununla yanaşı, indiyədək 15 685 nəfər sağalıb.