Türkiyənin Qars vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:17-də qeydə alınıb. Zəlzələnin episentri Kağizman rayonunda olub.

Zəlzələnin ocağı 6,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və insan tələfatı barədə məlumat verilməyib.