Covid-19 epidemiyasının ilk başladığı Çin növbəti dəfə digər ölkələri qəzəbləndirəcək addım atır. 

Unikal.org xarici mediaya istinadla xəbər verir ki, ölkənin Guangxi əyalətində bu gün başlayan festivalda minlərlə it kəsilərək piştaxtalarda nümayiş etdiriləcək. Festivalın 10 gün sürəcəyi bildirilir.

Heyvan Haqları müdafiəçisi Beynəlxaq Sivil Cəmiyyət  təşkilatından çinli mütəxəssis Peter Li it ətinin yeni xəstəliklərə yol aça biləcəyi riskini gündəmə gətirib. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Covid – 19 epidemiyasına qarşı görülən tədbirlər sırasında itlərə ev heyvanları statusu veriləcəyi ilə bağlı xəbərdarlığın yayılmağına baxmayaraq, Çində qeyd edilən festival keçiriləcək.