Çində yeni tip koronavirus (Covid-19) pandemiyası zamanı ən azı 500 min saxta maska satan şəxs 15 il müddətinə həbsə məhkum edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Beijing Jinghai Kangbaixin" dərman şirkətinin sahibi Li Dong və iki köməkçisi epidemiya dövründə 500 mindən çox saxta maska satdıqları üçün məhkəmədə hakim qarşısına çıxarılıblar.
Onların saxta maska satışından 608 min dollar (1 mln AZN) gəlir əldə etdikləri bildirilib.