İran vurduğu “Boeing” təyyarəsi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, Kiyev beynəlxalq məhkəməyə müraciət edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın “Globe and Mail” qəzetinə müsahibəsində bildirib.

“Məsələ təkcə İran tərəfinin “qara qutular”ı bizə qaytarmamaqlarında deyil. Söhbət digər iki vəddən də gedir. Onlar bizə adekvat təzminat verməlidirlər”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsi yanvarın 8-də Kiyevə uçarkən Tehran hava limanının yaxınlığında vurulmuşdu. Hadisə nəticəsində 176 nəfər həlak olmuşdu. İran hərbçiləri yanvarın 11-də yaydıqları bəyanatda bildirmişdilər ki, təyyarə təsadüfən vurulub.