Rusiyanın  Sverdlovsk vilayətinin Krasnoturinsk şəhərində iki məktəbli qızın göyərçinə əzab vermələri əks olunan videoçarx sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, çarx “Podyom” nəşrinin “Telegram”-kanalında yerləşdirilib. 

Kadrlardan görünür ki, qızlardan biri skamyada diri göyərçinin lələklərini yolur, sonra isə onun başını oturduqları skamyaya vurur. Videonun sonunda ikinci qız əzab verilmiş quşu telefonuna çəkir. Bu zaman göyərçin artıq, demək olar, hərəkətsiz olur. Quşu əlində saxlayan qız, onun qanadlarını açanda isə, göyərçin müqavimət göstərə bilmir.

Nəşr bildirir ki, video dərc edildikdən sonra məktəblilər sosial şəbəkələrdə qınanılıb və təhdid olunublar.