Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat verib. Nazir qeyd edib ki, son 24 saatda 41413 şübhəli koronavirus testindən keçib, onlardan 1212-nin cavabı pozitiv çıxıb. Bu gün 1293 xəstə sağalıb. 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4974 nəfər ölüb, 188897 nəfər bu infeksiyaya yoluxub, 161533 nəfər isə müalicə olunub.