Koronavirusun baş qaldırması səbəbindən İspaniyada mart ayında tətbiq olunan karantin rejimi 450 minə yaxın insan həyatının xilas edilməsinə kömək olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət sədri Pedro Sançes müstəqil elmi tədqiqatlara istinadla bəyan edib. Elə həmin tədqiqatların göstəricilərinə görə, karantin Avropada 3 milyon nəfərin koronavirusdan xilas edilməsinə kömək olub.

Bazar günü İspaniyada yüksək hazırlıq rejimi başa çatıb və ölkə təhlükəsizlik tədbirlərinə riayət etmək şərtilə adi həyatına qayıdıb.