Dünyada yeni növ koronavirusa yoluxanların sayı artaraq 9 milyon 119 min 388 nəfərə çatıb.
Unikal.org "Worldometers"-ə istinadən xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 471 min 997 nəfərdir.
İndiyədək 4 milyon 887 min 924 xəstə sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.