İsrail hökuməti ölkədə koronavirusun ikinci dalğasının başladığını elan edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsraildə epidemiyanın ikinci dalğası iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm hallarına səbəb ola bilər.

Mövcud vəziyyətlə bağlı yenidən ciddi karantin rejiminin tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, bu günədək İsraildə 21 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 307 nəfər vəfat edib.