Türkiyənin Cankırı rayonunda 4,2 bal gücündə zəlzələ olub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeraltı təkanlar paytaxt Ankarada da hiss edilib. Zəlzələ nəticəsində ölən, xəsarət alan və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, Cankırı Ankaradan 140 km şimal-şərqdə yerləşir.