Türkiyədə miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki,  bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Hadisə Van vilayətində baş verib. Qəza nəticəsində azı bir miqrant həlak olub, qırxdan çox insan xəsarət alıb.

Qeyd edilir ki, hadisə zamanı mikroavtobusda Əfqanıstandan 22, Pakistandan 20 qanunsuz miqrant olub.

Hadisə ilə əlaqədar səfərin təşkilatçısı hesab edilən 2 nəfər həbs edilib.