Türkiyənin cənub-qərbində zəlzələ qeydə alınıb.
Unikal.org bu ölkənin mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Muğla vilayətində, yerli vaxtla saat 20:43-də 5,2 maqnitudada qeydə alınıb.
Məlumata görə, zəlzələnin episentri Marmaris rayonunda yerləşib. Zəlzələ ocağı 61,44 kilometr dərinlikdə olub.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.