Rusiya paytaxtında koronavirusdan 23 nəfər dünyasını dəyişib.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da Moskvada eyni diaqnozdan ölənlərin sayı 3761-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 634 mindən çox koronavirusa yoluxma hadisəsi aşkarlanıb. Onlardan 399 mindən çoxu sağalıb.