Polşanın Yastrovo kəndinin sakini uçan qəribə obyektin şəklini çəkə bilib.
Unikal.org xəbər verir ki, bu barədə “Mirror” yazır.
Fotoların müəllifinin sözlərinə əsasən, o, velosipeddə gedərkən qəribə səs eşidib, başını qaldırdıqda isə ağacların üzərində piramidavari obyektin uçduğunu görüb. O, NUO-in beş şəklini çəkə bilib, bundan sonra isə fotoları ufoloq və jurnalist Robert Bernatoviçə yollayıb. Jurnalist isə öz növbəsində onları bir neçə mütəxəssisə göstərib.
Ekspertlər araşdırma apardıqdan sonra bildiriblər ki, NUO yerdən 200 fut (təxminən 60 m – red.) hündürlükdə uçan həqiqi obyektdir. Ufoloqlar qeyd ediblər ki, bu, keyfiyyətinə görə NUO-in son 40 ildə çəkilmiş ən yaxşı şəklidir.