İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 162 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10 670 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 536 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 225 205 nəfərə çatıb. İndiyədək xəstəlikdən 186 180 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.