İspaniya və Portuqaliya koronavirus pandemiyası səbəbindən təxminən üç ay yarım bağlı qalan sərhədlərini açıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, açılış mərasimində İspaniya Kralı VI Philip, Baş nazir Pedro Sançes, Portuqaliya Prezidenti Marsela Rebelo di Souza və Baş nazir Antonio Kosta iştirak ediblər.

İspaniya digər Şengen ölkələri ilə birlikdə iyunun 21-də sərhədlərini açmışdı.

İyulun 1-dən Avropa İttifaqı da bəzi dövlətlərlə xarici sərhədlərin tədricən açılması prosesinə başlayıb, Rusiya və ABŞ bu siyahıya daxil edilməyib