Çinin Uhan şəhərində meydana gələn və qısa zamanda dünyanın 200-dən çox ölkəsinə yayılaraq pandemiyaya çevrilən koronavirus infeksiyası əleyhinə vaksinlərinin araşdırması hələ də davam edir.
Unikal.org xəbər verir ki, dünyada 10 milyondan çox yoluxmaya və 510 min insanın həyatına son qoyan yeni növ koronavirus (Covid-19) pandemiyasının qarşısını alınması üçün bir sıra ölkələrdə virus əleyhinə araşdırma aparılır.
Belə ki, son olaraq İngiltərədə Oksford Universiteti işlədiyi koronavirus (Covid-19) peyvəndinin üçüncü mərhələsinin yekun nəticəsini açıqlayıb.
Elm adamları insan üzərində aparılan virus əleyhinə vaksin sınaqlarının uğurlu olduğunu izah ediblər. Həmçinin də, alimlər vaksinin insan orqanizminin virusdan qoruduğunu bildiriblər.
İlkin nəticələrinin perspektivli olduğu və hazırda insan təcrübələrində üçüncü mərhələnin uğurlu nəticə verdiyini ifadə edən Oksford Universiteti, peyvənd işlərinin yenə davam edəcəyini və vaksinin sentyabr ayında hazır ola biləcəyini bildirib.