Monqolustanın qərb hissəsində son sutka ərzində taun xəstəliyinə yoluxmanın iki halı qeydə alınıb. 

Unikal.org xəbər verir ki, bu barədə “Montsame” portalı yazır.

Bildirilir ki, yoluxma Hovd aymakında (inzibati ərazi bölgüsüdür – red.) müşahidə olunur.

Aymakın ərazisində karantin elan olunub, bölgəyə giriş və çıxış bağlanıb.