İranın Fars vilayətinin Məhməleh bölgəsində 4,5 gücündə zəlzələ olub.

Unikal.org  xəbər verir ki, zəlzələ səhər saat 00:04 radələrində yerin 8 kilometr dərinliyində baş verib. 

Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur.