Belarus Prezidenti Alensandr Lukaşenko dövlət mükafatlarını təqdim edərkən koronavirusla mübarizədə ön cəbhədə olan həkimlərin işini xüsusi qeyd edib və “COVID-19” üzərində qələbə qazandıqlarını bildirib.

Unikal.org xəbər verir ki, bu barədə “BELTA” yazır.

Onun fikrincə, belaruslar pandemiya zamanı siyasi sağlam düşüncə və xalq müdrikliyini nümayiş etdiriblər.

“Koronavirusla mübarizədə ön cəbhədə həkimlər oldular. Bizim səhiyyə sistemimiz tab gətirdi. Lakin biz mübarizəni davam etdiririk, halbuki bu gün qalib gəldiyimizi deyə bilərik”, - deyə dövlət başçısı bildirib.