Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb.
Unikal.org-un xəbərinə görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, ötən gün iş adamı Fətulla Babayevin oğlu 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev "Fairmont Baku" hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.