Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, S.Baxşıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.