Xaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınöndürən avtomobili qəzaya düşüb.
Unikal.org xəbər verir ki, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan "VAZ 2101" markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində "VAZ"ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.
S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(report)