Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 20-də 2-ci mikrorayonda yaşayan Ə.Ağayevə zor tətbiq edib 2 000 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kazımov saxlanılıb.