Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.
Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.