Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Unikal.org xəbər verir ki, şəhid olanlardan biri 1987-ci təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovdur.  Şəhid gizirimiz Ağstafa rayonunun Göycəli kəndində anadan olub.

Qeyd edək ki, V.Sadıqov iki bacının bir qardaşı idi. Şəhidimiz ailəli olub, 3 övladı var.