Bu gün erməni təxribatı nəticəsində şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayılıb.
Unikal.org xəbər verir ki, düşmən təxribatı nəticəsində ağır yaralanan əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da həkimlərin səyinə baxmayaraq şəhid olub. 18 yaşlı şəhidimiz İsmayıllı rayonunun Balik kənd sakinidir.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib