Fövqəladə Hallar Nazirliyi Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən hadisə ilə bağlı növbəti açıqlamasını yayıb.
Unikal.org-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb. Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
*** 13:16
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
***12:42
Gəncə şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.
Unikal.org-un məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Əraziyə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.