Bakıda mənzildə meyit tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin  "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü İmanov Ənvər İsgəndər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.