İtaliyanın “Breşiya” klubunun prezidenti Massimo Çellino dələduzluqla üzləşib.
Unikal.org xəbər verir ki, 63 yaşlı funksioner onu soymağa çalışan iki nəfərlə dalaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Hadisə iyulun 13-də, Padenqedə baş verib. İki nəfər şəxs Çellinoya market yaxınlığında hücum çəkib. Dələduzlardan biri onun saatını oğurlamaq istəyib. Müqavimət göstərən Çellino, quldurlardan yaxa qurtara bilib.