"Give Me Sport" portalı oyun başına qol ortalaması əsasında XXI əsrin ən yaxşı hücumçularının reytinqini hazırlayıb.
Unikal.org xəbər verir ki, "Barselona"nın ulduzu Lionel Messi (ortalama 0,87 qol) sıralamaya başçılıq edir. Kriştianu Ronaldu ("Yuventus") ikinci, Robert Levandovski ("Bavariya") isə üçüncüdü.
"İlk onluq" belədi:
1. Lionel Messi - 0,87 qol ortalaması
2. Kriştianu Ronaldu - 0,77
3. Robert Levandovski - 0,73
4. Luis Suares - 0,67
5. Neymar - 0,65
6. Kilian Mbappe - 0,65
7. Harri Keyn - 0,63
8. Zlatan İbrahimoviç - 0,62
9. Edinson Kavani - 0,61
10. Rud van Nistelroy - 0,60