Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Summer of Seattle” turniri başa çatıb.
Unikal.org xəbər verir ki, şahmatçımız 6 turdan 3,5 xal toplayaraq ikinci nəticəni göstərib. Turnirin qalibi 4 xalla amerikalı Ceffri Şonq olub. Sonrakı yerlərdə Rusiya təmsilçisi Vladimir Fedoseyev (3 xal) və vyetnamlı Le Kyanq Liem (1,5 xal) qərarlaşıblar.