Bu gün Türkiyə Super Liqasında 33-cü tura start veriləcək.
Unikal.org xəbər verir ki, turun açılış matçında 8 oyundur ki, qələbəyə həsrət olan “Qalatasaray” İzmirin “Göztəpə” klubunu qəbul edəcək. “Kasımpaşa” isə “Qaziantep”in qonağı olacaq.
Lider “Başakşəhər” bu turda “Kayserispor”u qəbul edəcək. Meydan sahibləri bu görüşdə qələbə qazansalar, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.
Turun mərkəzi görüşü isə İstanbulda keçiriləcək. Burda Avropa Liqasına vəsiqə üçün mübarizə aparan “Beşiktaş” və “Fənərbaxça” klubları üz-üzə gələcək.
Türkiyə Super Liqası, 33-cü tur
18 iyul
22:00 Qalatasaray – Göztəpə
22:00 Qaziantep – Konyaspor
19 iyul
22:00 Alanyaspor – Dənizlispor
22:00 Ankaragücü – Antalyaspor
22:00 Başakşəhər – Kayserispor
22:00 Beşiktaş – Fənərbaxça
22:00 Rizəspor – Yeni Malatyaspor
22:00 Sivasspor – Gənclərbirliyi
22:00 Trabzonspor – Konyaspor