Bakının Suraxanında döyülmə hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Adıgözəlov Famil Əzizağa oğlu içkili vəziyyətdə naməlum şəxslərin ünvanına qeyri-etik ifadələr işlədib. Onu Hövsan qəsəbəsində küt alətlə döyərək Türkan qəsəbəsindəki evinin qarşısına atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.