Bakıda 4 yaşlı uşaq yanaraq ölüb.
Unikal.org xəbər verir ki, iyunun 27-də saat 13.00 radələrində Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış məntəqəsində qeydə alınıb.
Bakı şəhər sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynanan süd qazanında düşüb. 4 yaşlı uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.