Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov Lənkəran rayonu ərazisində saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəxsi axtarış zamanı ondan 2 qramdan artıq tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Abşeron rayonunun Masazır qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı isə əlavə olaraq 6 kq 475 qram tiryək, 855 qrama yaxın heroin, 904 qrama yaxın metamfetamin və 1 kq 885 qram marixuana götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədov Xəzər rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kq 30 qram heroin aşkar edilərək götürülüb.