Sumqayıt şəhərinin "Sumqayıt stansiyası" qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org-a bildirilib ki, hadisə iyulun 30-da qeydə alınıb.
Şəhər sakini M.Paşayev idarə etdiyi “ZİL” markalı yük avtomobilini arxaya verərkən Bakı şəhər sakini Ələddin Rüstəmovu vurub. Xəstəxanaya yerləşdiriən Ə.Rüstəmov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.