ABŞ Rusiya ilə nüvə silahı üzrə saziş bağlamağa şad olar.
Unikal.org xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp Floridada jurnalistlərlə görüşdə deyib.
“Hazırda biz Rusiya ilə birlikdə yayılmamaq üzrə nüvə sazişi üzərində çalışırıq. Bunu əldə edə bilsəydik, əla olardı”, - deyə Tramp bildirib.
Xatırladaq ki, rəsmi Moskva və Vaşinqton arasındakı strateji hücum silahlarının azaldılması üzrə saziş 5 fevral 2021-ci ildə qüvvədən düşür. RF Ştatlara sazişi uzatmağı təklif edib. Lakin 2019-cu ildə ABŞ orta və yaxın məsafəli raketlər haqqında sazişi tərk edib, bu yaxınlarda isə açıq səma haqqında sazişdən də çıxmaq qərarına gəlib.