Birləşmiş Ərəb Əmirliklərində atom elektrik stansiyası işə başlayıb. “Baraka” (“Barakah nuclear power plant”) ərəb dünyasında ilk AES oldu.

Unikal.org xəbər verir ki, AES-nın işə düşməsi barədə BƏƏ-nin Baş naziri və vitse-prezidenti, eləcə də Dubay əmiri olan Məhəmməd ben Rəşid Əl Məktum özünün “Twitter” hesabında yazıb.

Onun sözlərinə əsasən, BƏƏ ölkənin elektrik enerjisinə olan tələbatın dörddə birini təmin edə biləcək dörd AES işə salmağı məqsəd qoyub. 

“Ərəblər elmi karyeralarını bərpa edə və digər böyük xalqlarla  rəqabətə girə bilərlər”, - deyə əmir yazıb.

Stansiya Fars körfəzinin sahilində Əl-Qərbiyə regionunda yerləşir.