Azərbaycan voleybol üzrə millisinin sabiq üzvü Polina Rəhimova Cənubi Amerikada qalmaq səbəbini açıqlayıb.
Unikal.org xəbər verir ki, Braziliyanın “Sesi” klubu ilə müqaviləsini daha bir mövsümlük uzadan hücumçu ona başqayerlərdən təkliflərin də gəldiyini deyib:
““Sesi”də özümü evimdəki kimi hiss edirəm. Rəhbərlik, komanda yoldaşları, azarkeşlər möhtəşəmdir.
Digər təkliflərim də var idi. Amma ürəyim “Sesi”də davam etmək istəyirdi. Mən burada xoşbəxtəm. Bu komanda ilə tam mövsümü keçirmək istəyirəm. Ötən mövsümün başa çatmaması üzücü olmuşdu. Bu, yenidən klubda qalmaq istəməyimin səbəblərindən biridir”.
Polina yeni mövsümlə bağlı gözləntilərini də gizlətməyib: “Ötən mövsüm koronavirus pandemiyası üzündən müstəsna idi. Biz mövsümü istədiyimiz kimi başa vura bilmədik. Növbəti mövsümə gəlincə, bizim məşqçi və rəhbərlik düzgün seçim edib. Biz daha güclü olmuşuq. Bütün yarışlarda yaxşı çıxış edə bilərik. Hər şey edəcəyik ki, azarkeşlərimiz razı qalsın”.