Hazırda ev həbsində olan və ölkədən çıxışına qadağa qoyulan Braziliya millisinin sabiq üzvü Ronaldinyonun avqustun 24-də məhkəməsi olacaq.
Unikal.org xəbər verir ki, Paraqvayda keçiriləcək məhkəmədə keçmiş futbolçunun azadlığa buraxılacağı gözlənilir. Ev həbsində olan Ronaldinyodan 90 min dollarlıq təzminat tələb olunur.
Avqustun 24-də keçiriləcək məhkəmədə təzminat məsələsi də müzakirə olunacaq.
Ronaldinyo və qardaşı Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə martın 5-dən həbsdə idilər. Keçmiş futbolçu apreldən ev dustaqlığına buraxılıb.