Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" komandası ilə müqaviləsi başa çatmış Mərakeş əsilli norveçli futbolçu Omar Elabdellaui ilə danışıqlara başlayıb.
Transferin ən qısa zamanda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 29 yaşlı sağ cinah oyunçusu 2019/2020 mövsümündə meydana çıxdığı 47 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 2013-cü ildən Norveç millisinin də formasını geyinən Elabdellaui yığmada 44 oyun keçirib.